Zaxarova: Xaricdəki rus diplomatları psixoloji zorakılıqla üzləşirlər

"Rusiya Federasiyasının xaricdəki diplomatları psixoloji zorakılıqla üzləşirlər".

Bizimyol.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova şənbə günü Yekaterinburqda keçirilən “Natiqlərin döyüşü”ndə çıxışı zamanı deyib.

“Hər cür təhdidlər gəlir ki, bu da öz mənfi münasibətini nümayiş etdirən elementlər deyil. Bunlar ilk növbədə psixoloji zorakılıqla əlaqəli spesifik şeylərdir", - deyə o bildirib.

Zaxarovanın sözlərinə görə, hazırda rus diplomatları “ön plandadır” və bunda başqa Rusiyanın diplomatik əmlakına da ziyan vurulur: "Bu bizim səfirliklərlə bağlı həyata keçirilən hər cür "yaradıcı" təzyiq nümaiyişi və bundan başqa diplomatların avtomobillərinə edilən hücumlardır. İndi demək olar ki, diplomatlar həqiqətən cəbhənin ön xəttində fəaliyyət göstərirlər”, - deyə o əlavə edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi hesab edir ki, Rusiyaya qarşı belə “siyasi kampaniyanın” məqsədlərindən biri Rusiya diplomatik xidmətinin beynəlxalq ictimaiyyətdən uzaqlaşdırılmasıdır.

“Qərbin hazırladığı bu siyasi kampaniyanın məqsədlərini Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ötən gün səsləndirdiyi fikirlərlə tam izah edib. Nazir dedi ki, Qərbin bizə hibrid müharibə elan etməkdə məqsədi həm də Rusiyanın diplomatik xidmətini beynəlxalq məkandan tamamilə çıxarmaqdır”, - deyə Zaxarova bildirib.

O, həmçinin bildirib ki, Qərbdə rus diplomatları bu ölkələrin xüsusi xidmət orqanlarından ilə əməkdaşlıq təklifləri aldıqları məktublar var.

“Qərb ölkələrində və ya xüsusi xidmət orqanlarının müvafiq təsirinin böyük olduğu ölkələrdə onlar vahid yanaşmalar səviyyəsində deyil, şəxsi poçtlara, şəxsi messencerlərə ünvanlanan konkret məktublar səviyyəsində konkret təkliflər alırdılar.

Səfirlik əməkdaşlarına şantaj və mükafat şəklində təkliflər edərək onlara vicdanlarının əksinə gedərək, səfirliyin nizamnaməsindən kənara çıxaraq müvafiq xüsusi xidmət orqanları ilə əlaqə saxlamaq çalışırları edirlər”, - deyə o bildirib.

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

İran qazı Omana nəql olunacaq

SONRAKI XƏBƏR

“Leyptsiq” tarixində ilk dəfə Almaniya Kubokunu qazanıb