Avstriyada Rusiya dövlət xadiminin villası ələ keçirilib

Avstriyada Rusiya dövlət xadiminin villası ələ keçirilib<span class="qirmizi"></span>

Avstriyada təxminən 40 nəfərdən ibarət anarxist fəallar qrupu Rusiyanın VEB.RF dövlət şirkətinin sədri İqor Şuvalova məxsus olduğu iddia edilən villanı ələ keçirib.

Burqau kəndində ev Atterze gölünün sahilində yerləşir. Anarxitlər Ukraynadakı hərbi əməliyyatlara qarşı çıxır, gölün “özəlləşdirilməsini” dayandırmağı və əmlakın müsadirə olunmasını tələb edirlər.

Villanın pəncərələrindən müvafiq şüarlar yazılmış plakatlar asılıb.

Qeyd edək ki, Şuvalov 2008-2018-ci illərdə Rusiya baş nazirinin birinci müavini olub.

 

Mənbə: www.oxu.az