Ukraynadakı münaqişənin günahkarı AÇIQLANDI

Ukraynadakı  münaqişənin günahkarı   <span class="qirmizi"> AÇIQLANDI</span>

Almaniya Sosial Demokrat Partiyasının (SDP) keçmiş sədri Oskar Lafonten Ukraynadakı hazırkı münaqişənin günahkarının adını çəkib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bu barədə o, Almaniyanın “Junge Welt” qəzetinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, bu vəziyyət ABŞ və NATO blokunun Rusiyanın təhlükəsizlik maraqlarına məhəl qoymaması səbəbindən yaranıb.

“Moskva 20 ildir deyir ki, Ukrayna NATO-ya qəbul edilməməlidir. Bu o deməkdir ki, Ukrayna-Rusiya sərhədində heç bir Amerika raketi yerləşdirilə bilməz. Bu təhlükəsizlik maraqlarına ardıcıl olaraq məhəl qoyulmur”, - keçmiş partiya lideri bildirib.

Eyni zamanda, Lafonten qeyd edib ki, Vaşinqton Rusiyaya münasibətdə “ikili standartlar siyasəti” həyata keçirir: “Hər kəs bilir ki, ABŞ heç vaxt Kubanın Rusiya ilə hərbi ittifaqa girməsinə və ya Rusiya raketlərini ABŞ-ın Meksika və ya Kanada ilə sərhədində yerləşdirməyə icazə verməyəcək”.

Bundan əlavə, siyasətçi bildirib ki, ABŞ Konqresinin Ukraynaya silah satışı üçün 40 milyard dollar ayırması "ABŞ-ın sülh istəmədiyinə" sübutdur.

Mənbə: lent.az