Pentaqon Rusiya və Çinlə toqquşma ehtimalının artdığını açıqladı

Pentaqon Rusiya və Çinlə toqquşma ehtimalının artdığını açıqladı<span class="qirmizi"></span>

“Böyük dövlətlərin iştirakı ilə beynəlxalq münaqişə riski artır”.

Bizim.Media “Fox News” kanalına istinadən xəbər verir ki, bu fikirləri ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milli səsləndirib.

Vest Point hərbi akademiyasının məzunlarına müraciət edən amerikalı onları belə bir ssenariyə hazırlaşmağa çağırıb.

"Məzun olduğunuz dünya böyük güclərin iştirakı ilə beynəlxalq münaqişə potensialına malikdir. Və bu ehtimal azalmır, artır" deyə Milli qeyd edib.

Böyük dövlətlər dedikdə, Milli Rusiya və Çini nəzərdə tutub.

“İndi biz iki dünya gücü ilə üz-üzəyik, Rusiya və Çin. Onların hər biri mühüm hərbi imkanlara malikdir və mövcud qaydaları dəyişməkdə ciddilər”.

Bundan əvvəl Amerika tərəfinin təşəbbüsü ilə Mark Milli Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla telefon danışığı aparıb. Tərəflər bir sıra mövzuları, o cümlədən Ukraynadakı vəziyyəti müzakirə ediblər və rabitə xətlərini açıq saxlamağa razılaşıblar.
 

Mənbə: bizim.media