Pentaqon rəsmisindən Şoyquya aşağılayıcı cavab

Pentaqon rəsmisindən Şoyquya aşağılayıcı cavab<span class="qirmizi"></span>

Pentaqonun spikeri Con Kirbi, Rusiyanın müdafiə naziri Sergey Şoyquya Xarkov yaxınlığında rus ordusunun uğursuzluğunu xatırladıb.

Bizimyol.info xəbər portalı xarici mətbuata istinadla xəbər verir ki, Pentaqonun spikeri Con Kirbi brifinqdəki çıxışı zamanı rus ordusunun Xarkovda yaşadığı vəziyyət haqda məlumat verib.

Kirbidən Rusiya qoşunlarının Luqansk bölgəsini tamamilə ələ keçirməyə yaxın olduğunu deyən Şoyqu ilə bağlı şərh verməsi istənilib. Pentaqon spikeri bildirib ki, onun hərbi əməliyyatların coğrafiyası ilə bağlı faiz hesablamaları yoxdur.

"Məsələn, məndən Xarkov haqqında soruşsanız, iki həftə əvvəl Rusiya ordusu Xarkovu mühasirəyə aldı. Şəhərin cənub-şərqində yalnız kiçik bir dəhliz var idi ki, ukraynalılar oradan özlərini təmin edə bilərdilər. İndi isə Rusiya ordusunu sözün əsl mənasında Rusiya ilə sərhədə qədər Xarkovdan uzaqlaşdırıblar”, - deyə Kirbi vurğulayıb.

Onun sözlərinə görə, Rusiya ordusu Donbassda hədəflərinə çatmaqda hələ də qrafikdən xeyli geri qalır. Kirbi qeyd edib ki, rus ordusunun regionda irəliləyişi tədricən, ləng və qeyri-bərabərdir, ukraynalılar isə müqavimət göstərməkdə davam edir.

"Bu, olduqca sadə bir suala uzun cavabdır. Mənim sizin üçün torpaq payım yoxdur”,- deyə Kirbi əlavə edib.

Xatırladaq ki, Ukrayna qoşunları Rusiya işğalçılarını Xarkovdan şimala doğru aparır. Bəzi bölgələrdə Ukrayna Müdafiə Qüvvələri sərhədə çatıb. Luqansk Vilayət administrasiyasının rəhbəri Sergey Qayday bildirib ki, Şoyqu real vəziyyəti anlamadığı üçün Luqansk vilayətinin tam işğalının yaxın olduğunu bəyan edib.

Mənbə: www.bizimyol.info