Britaniya Rusiya təhdidi altında olan Moldova ilə bağlı hərəkətə keçdi – silahlandıracağıq

Böyük Britaniyanın xarici işlər naziri Liz Truss bildirib ki, Ukraynaya qonşu ölkələri Rusiya təhlükəsindən qorumaq üçün müttəfiqləri ilə görüşməyə davam edir.

Rusiyanın Moldovanın təhlükəsizliyinə təhdid yaratdığını müdafiə edən Truss bildiri ki, Putin daha böyük Rusiya yaratmaq ambisiyalarını açıq şəkildə ifadə edir. Onun fikrincə Kiyevi ələ keçirmək cəhdlərinin uğursuzluğu onun bu ambisiyalarından əl çəkdiyi anlamına gəlmir.

Bununla əlaqədar olaraq, İngiltərə və müttəfiqlərinin Rusiya təhdidi altında olan digər həssas ölkələrin müdafiəsini müzakirə etdiklərini bildirən Truss deyib ki, gələcək təcavüzün qarşısını almaq üçün Ukraynanın müdafiə gücünün artırılması ilə bağlı danışıqlara Moldova kimi digər həssas ölkələr də daxil olacaq. Moldovanın NATO standartlarına uyğun təchiz olunduğunu görmək istərdim. Bunu müttəfiqlərimizlə müzakirə edirik”.

Ukraynanın cənub-qərb sərhədində yerləşən Moldovanın Rusiya ilə həmsərhəd olmadığına rəğmən Ukraynanın cənubunda Rusiya qüvvələrinin hücumuna məruz qalan bəzi ərazilərə yaxın olduğu üçün risk altında hesab olunur.

Digər tərəfdən, müharibə səbəbindən Ukraynanı tərk etmək məcburiyyətində qalan mühacirlərə sərhədlərini açan Moldova, Ukraynaya hücumlardan sonra Avropa Birliyinə üzv olmaq üçün müraciət edib.

Tahir TAĞIYEV

Bakixeber.com

ƏVVƏLKİ XƏBƏR

Avstriya da NATO üzvü olur?

SONRAKI XƏBƏR

“Hyundai”dən YENİ QƏRAR:  5 milyard dollarlıq sərmayə