Rusiya bu istiqamətində hücuma hazırlaşır

İzyum bölgəsində rus işğalçıları yenidən hücuma keçməyə hazırlaşır.

Axar.az xəbər verir ki, bunu Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov deyib.

“Vilayətin ərazisində döyüş əməliyyatları davam edir. Xarkov istiqamətində düşmən əvvəlki günlərdə olduğu kimi, işğal altındakı xətləri saxlamağa və Ukrayna Silahlı Qüvvələrinin daha da irəliləməsinin qarşısını almağa yönəlib. Lakin ordumuz mövqeləri saxlayır və düşmənin irəliləməsinin qarşısını alır”, - Sinequbov bildirib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Səudiyyədə qadınlardan ibarət ilk uçuş həyata keçirildi

SONRAKI XƏBƏR

Şuşada Azərbaycan Türkiyə və Gürcüstan parlamentarilərinin iclası başa çatıb