Mario Draqi: İtaliya Ukraynanın Avropa İttifaqına üzv olmasını dəstəkləyir

 

Roma, 22 may, AZƏRTAC

İtaliya Ukraynanın Avropa İttifaqına üzv olmasını dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, İtaliya Nazirlər Şurasının yaydığı məlumata görə, Baş nazir Mario Draqi ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Telefon söhbəti zamanı Ukraynadakı son vəziyyət müzakirə edilib.

M.Draqi Rusiyaya qarşı 6-cı sanksiyalar paketinin təsdiqlənməsinin zəruriliyini vurğulayıb, İtaliyanın Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı tam dəstəyini bildirib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Valeri Meladze şou-biznesi elmə dəyişdi - FOTO

SONRAKI XƏBƏR

Pişiklərdə “super mikrobları” öldürən bakteriyalar tapıldı