Müxalifətdən Ərdoğana sürpriz RƏQİB

Türkiyədə 2023-cü il prezident seçkilərində müxalifət partiyalarının hansı namizədlə çıxış edəcəyi maraq doğurur.

Modern.az xəbər verir ki, qardaş ölkənin siyasi cameəsində seçiyə hazırlıq müzakirələri davam etdiyi bir məqamda, ana müxalifət partiyası olan CHP-nin seçkiyə sürpriz namizəd irəli sürəcəyi barədə məlumatlar dolaşır.

Türkiyə mediasında yer alan xəbərlərə görə, ölkənin keçmiş prezidenti Abdullah Gül vahid namizəd olaraq seçkiyə cəlb oluna bilər. Müxalif düşərgənin Gülün namizədliyinə müsbət yanaşdığı bildirilir.

Qeyd edək ki, Türkiyədə növbəti prezident seçkiləri 2023-cü ilin iyun ayında keçiriləcək. Seçkilərə bir ildən çox vaxt qalmasına baxmayaraq, Türkiyə cəmiyyətində aktiv siyasi müzakirələr gedir. Ölkənin hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın seçkidə rəqibinin kim olacağı hər kəsdə maraq doğurur.

Bundan öncə sabiq baş nazir, Gələcək Partiyasının sədri Əhməd Davudoğlunun prezidentliyə vahid namizəd olacağı barədə iddialar ortaya atılmışdı.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Mətanət Əsədovanı sevgilisindən cadu ilə ayırmaq istədilər: "Öldüyü yerdə ölsün" – VİDEO

SONRAKI XƏBƏR

"Biz Ermənistanı indiki ərazilərlə tanımırıq və 1918-ci il sərhədlərinə çəkilməsini tələb edirik"