Moldovada qiymət artımına qarşı mitinq keçirilir

 

Press.az xəbər verir ki, Kommunistlər və Sosialistlər Bloku tərəfindən hökumətin addımları nəticəsində bahalaşmaya qarşı təşkil edilən mitinqə parlamentdənkənar sağ mərkəzçi “Pro Moldova” partiyası qatılıb. Bazar günü aksiyada 60-a yaxın insan iştirak edib.

"Biz bura nə sosialistlərlə, nə də başqası ilə oynamağa gəlməmişik. Ölkənin sakinləri hansı siyasi baxışlardan asılı olmayaraq, bahalaşmadan yorulublar, qiymətlər hər şeyə görə qalxıb...Biz hesab edirik ki, hökumət istefa verməlidir. Ölkədə - ən yüksək inflyasiyadır. Hətta Ukrayna və Rusiyada belə bir şey yoxdur”, - partiya nümayəndəsi bildirib.

Aytac Muradova

Press.az

ƏVVƏLKİ XƏBƏR

"29 illik dostum, sirdaşım, həyat yoldaşım..." - Nadirdən həyat yoldaşına EŞQ DOLU SÖZLƏR - FOTO

SONRAKI XƏBƏR

Təbrizdə narazı təqaüdçülər ayağa qalxıb - VİDEO