"Biz Ermənistanı indiki ərazilərlə tanımırıq və 1918-ci il sərhədlərinə çəkilməsini tələb edirik"

"Biz Ermənistanı indiki ərazilərlə tanımırıq və 1918-ci il sərhədlərinə çəkilməsini tələb edirik"<span class="qirmizi"></span>

"Biz Ermənistanı indiki ərazilərlə tanımırıq və 1918-ci il sərhədlərinə çəkilməsini tələb edirik"

Tanınmış ermənişünas alim Qafar Çaxmaqlı Moderator.az-a açıqlamasında Ermənistandakı son durumu şərh edib:

"Ermənistanda Rusiyanın adamlarının küçələrdən yığılmaması və Paşinyanın istefasını tələb etməyə qədər gedən olaylar ən çox Paşinyana yarayır, iki suyun arasında qalan Erməni lider manevr imkanları əldə edir. Azərbaycanla sülh sazişini gecikdirməklə Paşinyan Rusiyanın istəklərini əslində reallaşdırmış olur. Həm də hakimiyyətini möhkəmləndirmək tədbirlərini görür. Ona gələcək təhdidlər aradan qaldırılmış olur. Qərbin buna reaksiyası Paşinyanı qayğılandırmır. Təhdid indiki durumda Qərbdən deyil, Rusiyadan ola bilər, amma Rusiya üçün də Paşinyan sərf edən fiqur kimi onun oyununu sahədə yerinə yetirən vasitədir. Qərbdə də bunun fərqinə varırlar. ABŞ prezidenti Baydenin Azərbaycanın Müstəqillik günü ilə əlaqədar Prezident İlham Əliyevə ünvanladığı məktubda ifadə etdiyi "Sizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrinizi təqdir edirik" fikri Ermənistanda ciddi müzakirəyə səbəb olub. Azərbaycanın terrorizmə qarşı mübarizəsi məlumdur ki, öncə "evin içində" olub. Bayden bu cümləsi ilə Azərbaycanın terror yuvası Qarabağda erməni separatizminə vurduğu zərbəni də təqdir etmiş olur. Ermənistsnda bunu belə yozanlar bundan sonrakı mərhələdə Azərbaycanın olası antiterror əməliyyatlarına da səs çıxarmayacaqları anlamına gəlir. Brüssel görüşündən sonra Ermənistanın Rusiyanın diqtəsi və birbaşa tapşırığı ilə küçə aksiyalarına getməsi və verilən sözü tutmaması Vaşinqtonu da narazı salmışdır. Rusiyanın "heç bir razılaşma mənsiz olmaz " siyasətini uygulayan Ermənistanın və onun baş nazirinin kələkbaz gedişləri Azərbaycanı əslində yeni təzqiq mexanizmlərini işə salmağa sövq etməlidir. Ermənistan bizim torpaq bütünlüyünü tanımırsa, razılaşmalara əməl etmirsə, onu qəsdən uzatmaq üçün nəzərdə tutulan ikitərəfli görüşləri pozursa, bizim seçənəyimiz bu olmalıdır. Biz Ermənistanı indiki ərazilərlə tanımırıq və tarixi ədalətsizliyi bərpa etmək üçün tədbirlər görmək siyasətini dilə gətiririk. Ermənistandan 1918 - ci il sərhədlərinə çəkilməsini tələb edirik. 1918-ci ildə elan olunarkən Ermənistanın ərazisi 9 min kvadrat kilometr idi. Bu tələb ua onu yola gəlməyə, ya da yeni bir müharibəyə vadar edəcək. Onsuz da Ermənistan küçələrində Azərbaycanla yeni bir müharibə çağırışları səslənməkdədir. Bu müharibəni Ermənistanın toparlanması və silahlanması dövrünə saxlamamalıyıq. Əsl terrorçular bu gün İrəvanda meydandakılardır, Koçaryan, Sarkisyan, Ohanyan, Sefilyan, Vanetsyan və başqalarıdır. Onlar hakimiyyəti növbəti dəfə qəsb etsələr, durum daha fərqli ola bilər. Məsələni elə bəri başdan həll etməliyik. Neçə ki, başında kimin olmasından asılı olmayaraq bu terrorçu dövlət mövcuddur, Azərbaycan dövlətinin və xalqının təhlükəsizliyi təhdid altında olacaq. Bayden da deyir ki, terrora qarşı mübarizədə Azərbaycanın töhfələri olmuşdur. Biz faktiki olaraq həmin mübarizəni davam etdirməyə borcluyuq. Dünyanın gələcəyi naminə".

Mənbə: moderator.az