Müharibənin son mərhələsi: “Putin Rusiyası çökür...” – Şok iddia

Müharibənin son mərhələsi: “Putin Rusiyası çökür...” – Şok iddia<span class="qirmizi"></span>

 

Ölkələrin rusların enerji resurslarından imtinası Rusiyanı regional ölkəyə çevirə bilər. Rusiya Ukraynaya müdaxilənin nəticələrini daha üç-dörd nəsil hiss edəcək.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı siyasi ekspert Valeri Pekar deyib.

“Dünya ölkələrinin yanacaqdan asılılığı azalsa, Rusiya 500 il əvvəlki vəziyyətinə qayıdacaq. Bu, müəyyən ambisiyaları olan, amma bunu dəstəkləyəcək heç bir şeyə malik olmayan nisbətən kiçik regional ölkəyə çevrilmək deməkdir. Təbii ki, bu, Ukraynanın maraqlarına uyğundur. Bu baş verərsə, Rusiya bir daha Ukraynaya təhlükə yarada bilməyəcək”, - ekspert bildirib.

Pekar həmçinin qeyd edib ki, Rusiyaya qarşı embarqoların əksəriyyəti Vladimir Putinin hakimiyyəti dönəmində qoyulub.

“Dünya liderləri arasında Rusiya iqtisadiyyatına ən çox sanksiya tətbiq edən Co Bayden, Olaf Şolz, Boris Conson, Emmanuel Makron, hətta Volodimir Zelenski deyil, mütləq stalinizmdir”, - Pekar vurğulayıb.

Ekspert Rusiya da öz-özünə qarşı sanksiya tətbiq etdiyini söyləyib:

“Dünya liderlərindən heç biri Rusiya iqtisadiyyatını çökdürmək üçün Vladimir Putin qədər iş görməyib. Düşünürəm ki, Rusiya xalqı daha üç-dörd nəsil, bəlkə də bütöv bir əsri bu sanksiyalarla keçirməli olacaq”.

Bundan əvvəl Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, müharibə son mərhələsinə qədəm qoyur, bu dövrdə ölkəsini əks-hücum və işğal olunmuş ərazilərin azad edilməsi gözləyir.

Mənbə: teleqraf.com