Rus neonasistləri Ukraynada döyüşür - BND

Rus neonasistləri Ukraynada döyüşür - BND<span class="qirmizi"></span>

Ukraynada Rusiyanın tərəfində neonasistlər və sağ ekstremistlər vuruşur.

Axar.az xəbər verir ki, bu barədə Almaniyanın Federal Kəşfiyyat Xidməti (BND) məlumat yayıb.

Məlumata görə, Ukraynaya qarşı “Rus İmperiya Legionu”, “Rusiçi”, və “Rus İmperiya Liqası” təşkilatlarının üzvləri döyüşür.

Kəşfiyyat qeyd edib ki, “Rus İmperiya Liqası” 2014-2015-ci illərdə də Donbasda Ukraynaya qarşı döyüşlərdə iştirak edib. Bu müharibədə təşkilatın rəhbəri məhv edilib, onun müavini Denis Qariyev isə ağır yaralanıb.

Mənbə: axar.az