Nikoloz Samxaradze: “Parlamentlərin dostluq qrupları əlaqələrin inkişafında xüsusi rol oynayır”

Parlamentlərdə fəaliyyət göstərən dostluq qrupları, beynəlxalq parlament təşkilatlarında əməkdaşlq ölkələr arasında əlaqələrin inkişafında xüsusi rol oynayır.

“Report” xəbər verir ki, bunu Gürcüstan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze Şuşa şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclasında deyib.

O, qeyd edib ki, bu format inkişaf üçün gözəl zəmin yaradır. Belə tədbirlər regional əməkdaşlıqda parlamentlərin rolunu nəzərdən keçirmək baxımından mühüm əhəmiyyətə malikdir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Ananın edamından bir gün əvvəl İNANILMAZ HADİSƏ: İlk sözləri bu oldu

SONRAKI XƏBƏR

İtaliyada iki təyyarə toqquşdu: ölənlər var...