Bolqarıstanın Baş naziri: “Enerji sahəsində güclü mövqeyi Azərbaycanla müqavilədə göstərdik”

Bolqarıstan hökuməti enerji sahəsində güclü mövqe nümayiş etdirməli olduğunu anlayıb və buna görə də dərhal Rusiya təchizatına alternativ axtarmağa başlayıb. Buna misal kimi Azərbaycanla sazişi göstərmək olar. Sazişə əsasən, Bolqarıstan Azərbaycandan qaz ala biləcək, əvvəlki hökumət anlaşılmaz səbəblərdən bundan imtina edib.

“Report” xəbər verir ki, bu fikirlər Bolqarıstanın Baş naziri Kirill Petkovun Almaniyanın nüfuzlu “Frankfurter Allgemeine Zeitung” qəzetindəki məqaləsində yer alıb.

Məqalədə Ukraynadakı müharibə, Rusiyanın qazının tədarükünün dayandırılması, Bolqarıstanın həmin ölkənin tədarükündən ciddi şəkildə asılı olan ölkə kimi davranışı mövzularına toxunulub.

Baş nazir vurğulayıb ki, Rusiyanın Ukraynaya hücumu bir çox dövlətləri, o cümlədən Bolqarıstanı ekzistensial seçim etmək zərurəti ilə üz-üzə qoyub: “Asılılıq və suverenlik, uzunmüddətli təhlükəsizlik və qısamüddətli sabitlik, liberal demokratiya və millətçilik arasında seçim”.

Petkovun fikrincə, Rusiya qazın Bolqarıstana nəqlini dayandırmaqla bir neçə məqsəd güdüb: Avropanın bu ölkəsində sabitliyi pozmaq, Bolqarıstanı Moskvanın təsir dairəsinə qaytarmaq, Bolqarıstan kimi “ikinci dərəcəli” ölkələrin olduğunu göstərməklə Aİ ölkələri arasında nifaq toxumu səpmək.

Report.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ səfiri Türkiyə XİN-ə ÇAĞIRILDI

SONRAKI XƏBƏR

Ukrayna hərbçiləri Rusiya telekanallarına baxıb “Tulpan” minaatanını məhv etdi