Putin generallarına qəzəblidir, onları vəzifədən uzaqlaşdırır

Rusiya Prezidenti Vladimir Putin generallarına qəzəblənib və onları tədricən vəzifələrindən uzaqlaşdırır.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Vladislav Seleznyov deyib.

“Putinin narazılığının iki səbəbi var. Birincisi, faktiki olaraq FTX Ukrayna ərazisində ictimai-siyasi əhval-ruhiyyənin real mənzərəsini iflasa uğratdı. FTX rəsmiləri iddia edirdilər ki, Ukraynada rus işğalçı qoşunları gül-çiçəklə qarşılanacaqlar. İkincisi, Putin işğalda iştirak edən rus generallarının hərəkətlərindən narazıdır. Bir çox ekspertlərin fikrincə, Rusiya ordusunun Ukrayna ərazisində belə fəlakətli vəziyyətə düşməsinə səbəb olan əsas amil qarşılıqlı əlaqənin və rus qoşunlarının hərəkətlərini təmin etməli olan normal logistika sisteminin olmaması idi”, - Seleznyov bildirib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyanın dronları qurtarmaq üzrədir, sonra vəziyyət pisləşəcək - Kəşfiyyat

SONRAKI XƏBƏR

ABŞ səfiri Türkiyə XİN-ə ÇAĞIRILDI