“Rusiya telekanallarının süjeti sayəsində Ukrayna artilleriyası Luqansk vilayətində Rusiyanın “Tulpan” özüyeriyən minaatanının yerini müəyyənləşdirərək məhv edib”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Milli Qvardiyasının məlumatında deyilir.
Qurum süjetə görə Rusiya telekanalına təşəkkür edib:
“Həmin ərazidə Rusiya qoşunlarının texnika parkı da məhv edilib”.
Departament qeyd edib ki, 240 mm-lik özüyeriyən “Tulpan” minaatanı Severodonetsk və Lisiçansk arasındakı körpünü dağıdıb.
Bizim.Media