Zelenski Polşa ilə sərhəd keçidinin sadələşdiriləcəyini açıqlayıb

Ukrayna prezidenti Vladimir Zelenski bu gün Ali Radada çıxış edərək, Polşa rəhbərliyi ilə ölkələr arasında sərhəd keçidinin sadələşdirilməsinə dair razılıq əldə olunduğunu açıqlayıb.

APA xəbər verir ki, bu barədə Ukraynanın “Evropeyska Pravda” nəşri məlumat yayıb.

Məlumatda bildirilir:

"Biz doğmayıq. Aramızda heç bir sərhəd və ya maneə olmamalıdır. Ukrayna və Polşa xalqları uzun müddətdir ki, mental olaraq sərhədləri bölüşmürlər. Ona görə də biz bunu yaxın vaxtlarda müvafiq ikitərəfli sazişə çevirmək qərarına gəldik".

O əlavə edib ki, Ukraynadakı hazırkı vəziyyət “Ukrayna və Polşanı istər-istəməz ortaq keçmişlə bağlı mübahisələri unutdurdu”.

Qeyd edək ki, bu gün səhər saatlarında Zelenski Ukraynada Polşa vətəndaşları üçün genişləndirilmiş imkanlar haqqında qanun layihəsinin qəbul edildiyini açıqlayıb.

Zelenskinin çıxışı Kiyevdə səfərdə olan Polşa lideri Anjey Dudanın Radadakı çıxışından dərhal sonra baş tutub. Duda Ukrayna tərəfinə mehriban qonşuluq haqqında yeni saziş bağlamağı təklif edib.

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

İcbari tibbi sığorta üzrə xidmətlər zərfinə daha hansı xəstəliklər əlavə oluna bilər? - FOTO

SONRAKI XƏBƏR

İt boğulan maralı belə xilas etdi - VİDEO