Ərdoğandan Baş nazirə sərt sözlər: "Artıq mənim üçün belə birisi yoxdur"

Ərdoğandan Baş nazirə sərt sözlər: <span class="qirmizi">  "Artıq mənim üçün belə birisi yoxdur"</span>

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Ankaraya qarşı yürütdüyü siyasəti sərt tənqid edib.

Metbuat.az xəbər verir, o bildirib ki, Yunanıstan FETÖ terrorçularının Avropaya getməsinə dəstək olur. Ərdoğanın sözlərinə görə, Afina terror təşkilatına dəstək olur:

“Bunlardan başqa, Yunanıstanda 10-a yaxın hərbi baza var. Bu bazalarla Yunanıstan kimi təhdid edir? Bu bazalar Yunanıstanda niyə var? Özü ( Red: Miçotakis - Yunanıstanın baş naziri) ilə görüşdük. Aramıza 3-cü ölkənin girməməsi barədə razılığa gəldik. Buna baxmayaraq ABŞ-da Senatoda çıxışında Türkiyənin əleyhinə nə lazımdırsa dedi. Türkiyəyə F-16-ları verməyin deyə xəbərdarlıqlar etdi. Artıq mənim üçün Miçotakis deyə birisi yoxdur. Çünki biz sözünə əməl edən onurlu şəxsiyyətlərlə yola çıxarıq”.

 

Mənbə: metbuat.az