Deputat: “Ermənistanın müstəqil siyasəti yoxdur, hər hansı bir addım atırsa, dərhal Rusiya ilə məsləhətləşir”

Deputat: “Ermənistanın müstəqil siyasəti yoxdur, hər hansı bir addım atırsa, dərhal Rusiya ilə məsləhətləşir”<span class="qirmizi"></span>

“Azərbaycan və Türkiyə dost, qardaş və müttəfiqdir. Dünyada bizim qədər yaxın iki ölkə yoxdur. Biz xoş gündə də, çətin gündə də bir-birimizin yanındayıq. Ona görə Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub və görüşdə müzakirə olunaraq razılaşdırılmış məsələr barəsində danışılıb. Türkiyə 44 günlük Vətən Müharibəsinin ilk günündən yanımızda olduğu kimi, qələbə qazanmağımızdan sonra da yanımızda olub. Bu da bizə əlavə güc verir. Türkiyə uğurlarımıza sevinir və yeni uğurlara imza atmağımıza hər zaman dəstək göstərir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

“Ermənistanın XİN başçısı da dövlət başçılarının Brüssel görüşündən dərhal sonra Lavrovla danışıb. Ermənistanın müstəqil siyasəti yoxdur. Əgər Ermənistan hər hansı bir addım atırsa, dərhal Rusiya ilə məsləhətləşir və razılığını alır. Belə olmasaydı, Brüsseldə razılaşdırılmış məsələlər çoxdan öz həllini tapmışdı. Hesab edirəm ki, Ermənistan nə qədər vassal ölkə olsa belə, təklif etdiyimiz şərtlərin icrasına məcburdur. Müharibə meydanında yaratdığımız yeni reallığa uyğun regionda sülhün formalaşmasına xidmət edəcək yeni münasibətlər formalaşmalıdır” – deputat qeyd edib.

 

Aytəkin Qardaşova

Mənbə: pravda.az