Son 77 ilin ən qanlı 90 günü: Kremlin “uğuru”…

Son 77 ilin ən qanlı 90 günü: Kremlin “uğuru”…<span class="qirmizi"></span>

Hazırda Rusiya ordusu daha çox Donbas istiqamətində əldə etdiyi üstünlüklərdən yararlanmağa çalışır.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Rusiya- Ukrayna müharibəsinin 90-cı günü ilə bağlı danışarkən deyib.

“Son 77 ildə Avropada baş verən ən qanlı müharibənin 90-cı günündəyik. Rusiya bu müddət ərzində ciddi uğurlara nail ola bilməyib, yalnız Luqansk və Donetsk inzibati sərhədlərinə tam nəzarətə çalışır.

Cənub cəbhəsində isə ruslar işğal etməyi bacardıqları mövqeylərin mühəndis təminatını həyata keçirirlər. Bu isə o deməkdir ki, bu istiqamətdə hücümların dayandırması ehtimalı var”.

Hərbi ekspertin sözlərinə görə, Rusiya ordusu daha çox raket zərbələri ilə diqqət çəkib:

“Hər gün, taktiki və ya ballestik raket vaistəsi ilə rus ordusu Ukraynanın hərbi və mülki ərazilərinə zərbə endirir. Son məlumata görə, indiyənə qədər 2275 raket zərbəsi qeydə alınıb.

Britaniya kəşfiyyatının məlumatına görə, hazırda Donbasda rusların müəyyən lokal uğurları olsa da, ümumillikdə döyüş effektivliyi Ukraynanın tərəfindədir”.

Ekspert bildirib ki, Ukrayna rus ordusunun ərazisindən çıxmasını, ən azı 23 fevral sərhədlərinə qayıtmasını tələb edir, Rusiya isə heç bir halda buna razı olmayacaq. Ona görə də müharibənin uzanlasmı ehtimalı çox yüksəkdir.

Mənbə: axar.az