"Ukraynanı Avropa İttifaqında görmək istəmirlər"

"Ukraynanı Avropa İttifaqında görmək istəmirlər"<span class="qirmizi"></span>

Hazırda Ukraynanın Avropa İttifaqına qəbulu üçün heç bir perspektiv yoxdur, yalnız Polşa Ukraynanın qərb bölgələri müqabilində bunu müzakirə etməyə hazırdır.

Milli.Az TASS-a istinadən xəbər verir ki, bu fikri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (TŞ) sədr müavini Dmitri Medvedev Ukrayna böhranının həlli ilə bağlı İtaliya layihəsi ilə bağlı mətbuatda yayılan məlumatları şərh edərkən bildirib.

"Kiyev nə qədər Avropa idilliyaya düşmək xəyalları ilə əylənsə də, NATO üzvlüyü olmadan onun heç bir şansı yoxdur. İndi heç kim Ukraynanı NATO-da gözləmir. Avropa İttifaqında da görmək istəmirlər, bu, çox baha başa gəlir və təhlükəlidir. Ona görə də onlar surroqat təklif edirlər", - Medvedev teleqram kanalında yazıb.

Aslan Məmmədov
Milli.Az

Mənbə: news.milli.az