Estoniya hərbi büdcəsinin üçdə birini Ukraynaya köçürüb

Estoniya hərbi büdcəsinin üçdə birini Ukraynaya köçürüb<span class="qirmizi"></span>

Üç ay ərzində Estoniya hərbi büdcəsinin üçdə birini Ukraynaya köçürüb. Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixail Podolyak özünün “Twitter” səhifəsində yazıb.

O əlavə edib ki, Ukraynanın qələbəsi Estoniya xalqının qələbəsi olacaq.

“Min ədəd verilən vədlər əvəzinə, üç ay ərzində Estoniya Ukraynaya hərbi büdcəsinin 1/3-ni köçürüb. Bu bir daha sübut edir ki, sən kiçik ölkə ola bilərsən, amma ürəyin böyükdür”, - deyə Podolyak bildirib.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az