Komitə sədri: “Qarabağın şəhərsalma planı yekunlaşmaq üzrədir“

“Qarabağın şəhərsalma planı yekunlaşmaq üzrədir“.

 

FED.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədri Anar Quliyev ADA Universitetində İtaliyanın ölkəmizdəki səfirliyi, İtaliya Ticarət Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə "İtaliya Dizayn günü" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, Azərbaycan Qarabağda böyük bir regenerasiya prosesini həyata keçirir:

"Burada yüzlərlə kənddən söhbət gedir. Lakin minaların olması bizə böyük maneə yaradır. Qarabağda gözəl, yaşıl şəhərlər salınacaq. Artıq layihələndirmə işləri hazırdır. İtaliyalı həmkarlarımız da bu fəaliyyətdə bizə yaxından kömək edir". (Apa)

Fed.az

ƏVVƏLKİ XƏBƏR

Almaniya müharibəni fürsət bildi - rusları ölkəyə cəlb etdi

SONRAKI XƏBƏR

İsveçrə Prezidenti Azərbaycan liderini təbrik edib