Türkiyə Suriyada yeni əməliyyata başlayır – Hədəf nədir?

Türkiyə Suriyada yeni əməliyyata başlayır – Hədəf nədir?<span class="qirmizi"></span>

Türkiyə Suriyada yeni hərbi əməliyyata hazırlaşır.

Moderator.az Publika.az-a istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan yeni hərəkatın siqnalını verib.

“30 kilometr dərinlikdə “təhlükəsizlik bölgələri” yaradılması istiqamətində yarımçıq qalan işimizi tamamlamaq üçün yaxın zamanda hərəkətə keçəcəyik” deyən Ərdoğan əməliyyata hazırlığın başlandığını elan edib.

Bu, “Fərat qalxanı”, “Zeytun budağı”, “Sülh çeşməsi” və “Bahar qalxanı” hərəkatlarından sonra Türkiyənin Suriyada beşinci əməliyyatı olacaq.

Türkiyə illərdir Suriyanın şimalında 30 kilometr dərinliyində “təhlükəsiz” bölgə yaratmağa çalışır. Məqsəd Türkiyədəki suriyalı miqrantları öz ərazilərinə köçürmək, o cümlədən Türkiyənin cənubunda təhlükəsizliyi təmin etməkdir. Lakin bölgədə ABŞ və Rusiyanın mövcudluğu bu planın icrasına maneə yaradır. Vaşinqton Fəratın şərqində PYD/YPG terrorçularını dəstəklədiyi kimi, Əsəd rejimini dəstəkləyən Moskva da suriyalı müxalifətin bölgədə möhkəmlənməsinə qarşıdır.

Ukrayna müharibəsindən sonra yaranmış geosiyasi vəziyyət Türkiyənin Suriyadakı planının icrasında yeni imkanlar açır.

Mənbə: moderator.az