Kiyev təhlükəsizlik zəmanətləri üçün qrup yaradır

Kiyev təhlükəsizlik zəmanətləri üçün qrup yaradır<span class="qirmizi"></span>

Bu gün mən məmnuniyyətlə bildirmək istəyirəm ki, biz NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenlə birlikdə beynəlxalq məsləhətçi işçi qrupu yaradırıq. Onun məqsədi Ukrayna üçün etibarlı və effektiv təhlükəsizlik təminatları ilə bağlı müəyyən tövsiyələr hazırlamaqdır.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.

“Qrupa qoşulmaq üçün təhlükəsizlik, siyasət və diplomatiyanın aparıcı simaları, eləcə də akademiklər dəvət olunacaq”, - Yermak qeyd edib.

Mənbə: axar.az