Brüssel görüşünün detalları - VİDEO

Brüssel görüşünün detalları - VİDEO<span class="qirmizi"></span>

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli Brüssel görüşündə itkin düşənlərin taleyi və minalanmış ərazilər haqqında fikirlərə də yer ayrılıb.

Belçika Krallığının paytaxtında dövlət başçısının 1-ci Qarabağ müharibəsində 4 min itkin düşən Azərbaycan vətəndaşının taleyi ilə bağlı qaldırdığı məsələ xüsusi önəm daşıyır.

Azərbaycanın üzləşdiyi problemlər arasında azad olunan ərazilərin minalarla zəhərlənməsi məsələsi də var. Torpaqlarımızı 30 il işğalda saxlayan Ermənistanilər ərazilərə 1 milyondan çox mina basdırıb. Ermənistanın verdiyi mina xəritələrinin isə cəmi 25 faizi özünü doğruldub.

Müharibə başa çatandan 200-dən çox şəxs mina qurbanı olub. Buna baxmayaraq təəssüflər olsun ki, müharibənin başa çatdığı dövrdən bəri Azərbaycan beynəlxalq ölkələrdən yetərincə maddi və mənəvi dəstək ala bilməyib

Mənbə: www.realtv.az