Zoran Milanoviç İlham Əliyevi təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi, vətəndaşlarınıza isə tərəqqi və rifah arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Əminəm ki, dost ölkələr kimi əlaqələrimizin bütün sahələrdə inkişaf etməsi üçün bundan sonra da çalışacaq və əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirəcəyik. İqtisadi imkanlar ölkələrimiz arasında daha mühüm və sıx əməkdaşlıq üçün stimul verən amil ola bilər.

Ümidvaram ki, əlaqələrimizin daha da inkişaf etdirilməsi perspektivləri və getdikcə mürəkkəbləşən qlobal gündəlikdəki önəmli məsələlər barədə fikir mübadiləsi aparmaq üçün yaxın gələcəkdə fürsətimiz olacaqdır.

Cənab Prezident, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin.

Zoran Milanoviç

Xorvatiya Respublikasının Prezidenti

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

İki uşaq anasının köməyə ehtiyacı var - FOTO

SONRAKI XƏBƏR

Qardaşının ölümü ilə məşhurlaşan yazıçı