"Qarşıda Ukraynanı çox çətin ay gözləyir" - Denisenko

 

Qarşıda Ukraynanı Donbass uğrunda həlledici döyüşlərlə bağlı çox çətin ay gözləyir. AzVision.az xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib. - İlk üç ayda əldə etdiyimiz bütün nailiyyətlərə baxmayaraq, indi bu müharibənin bəlkə də ən çətin mərhələlərindən biri qarşıdadır... Təbii ki, aktiv faza çox uzun sürə bilməz. Lakin hələ də müəyyən müddət ərzində aktiv faza olacaq, - Ukrayna rəsmisi deyib.

O həmçinin qeyd edib ki, "Donbass uğrunda bu böyük döyüşlərin nəticələrindən asılı olaraq, hara gedəcəyimizi demək mümkün olacaq".

Tural Tağıyev

 

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Həkimlər kütləvi məzuniyyətə göndərilir: Virusa xüsusi hazırlıq? - NƏ BAŞ VERİR?

SONRAKI XƏBƏR

Özünü dünyanın ən yaxşı qapıçılarından hesab edir