Rusiyaya qarşı 6-cı paket tezliklə qəbul edilməlidir - Kolonna

Rusiyaya qarşı Rusiya neftindən imtinanı nəzərdə tutan altıncı sanksiyalar paketi ən qısa zamanda qəbul edilməlidir.

Axar.az xəbər verir ki, bunu Fransa xarici işlər naziri Ketrin Kolonna bildirib.

“Biz uzunmüddətli perspektivdə və bütün sahələrdə: maliyyə, iqtisadi, hərbi və humanitar sahələrdə Ukraynaya dəstəyimizi gücləndirməliyik. Biz Rusiyaya qarşı Rusiya neftinin mərhələli şəkildə bazardan çıxarılmasını nəzərdə tutan altıncı sanksiyalar paketini də tezliklə qəbul etməliyik. Ümid edirik ki, bunu tez bir zamanda edə biləcəyik”, - Kolonna qeyd edib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

“Ölü” rus tankları Kiyevin mərkəzində - FOTO

SONRAKI XƏBƏR

Macarıstanda Ukraynadakı müharibə fonunda fövqəladə vəziyyət elan edilib