"Müharibədə dönüş avqust ayında gözlənilir..."

"Müharibədə dönüş avqust ayında gözlənilir..."<span class="qirmizi"></span>

"Rusiya ilə müharibə Ukrayna qoşunlarının ölkənin inzibati sərhədlərinə çıxışı ilə bitməlidir"

 

Ukrayna kəşfiyyatı Rusiya ilə müharibədə avqust ayında dönüş baş verəcəyi qənaətindədir

 

Moderator.az xəbər verir ki, bu barədə "Ukrainskaya pravda" qəzetinə müsahibəsində Ukrayna müdafiə nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bəyan edib.

 

Onun sözlərinə görə, yalnız avqust ayında Ukraynaya Qərb ölkələrindən kifayət qədər silah daxil olacaq və Ukrayna hərbçiləri onlar üçün yeni olan texnikanı mənimsəyəcək.

 

Bu proses mərhələli aparılır və zaman tələb edir.

 

"Birinci mərhələ silahların ölkəyə daxil olmasıdır, ikinci mərhələ bu silahların mənimsənilməsidir və yalnız üçüncü mərhələdə onun istifadə edilməsidir.

 

Ona görə də, təəssüf ki, avqustadək qoşunlar üçün kifayət qədər zəruri silah olmayacaq.

 

Avqust ayından isə bu silahlar hərbi hissələrdə olacaq və döyüş əməliyyatlarında fəal surətdə istifadə ediləcək", Budanov izah edib.

 

Onun sözlərinə görə, hazırda Ukrayna hərbçilərinin "ağır silahları fəlakətli dərəcədə çatışmır".

 

Budanov avqustda gözlənilən dönüşdən sonra yaşayış məntəqələri uğrunda döyüşlərin "aktiv fazası"nın başlanmasına və 2022- ci ilin sonunadək bitməsinə ümid edir".

 

Kəşfiyyat xidməti rəhbərinin sözlərinə görə, müharibə Ukrayna qoşunlarının ölkənin inzibati sərhədlərinə çıxışı ilə bitməlidir.

Mənbə: moderator.az