Üç ölkə arasında gizli anlaşma – “Belə bir sövdələşmə olsa..."/Video

Üç ölkə arasında gizli anlaşma – “Belə bir sövdələşmə olsa..."/Video<span class="qirmizi"></span>

ABŞ-ın Co Bayden administrasiyası, xüsusən də onun Yaxın Şərq üzrə köməkçisi Brett Makqurk Misir, İsrail və Səudiyyə Ərəbistanı arasında gizli tarixi razılaşma hazırlayır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Axios” ABŞ və İsraildəki diplomatik mənbələrə istinadən yazıb.

Portalın həmsöhbətlərinin sözlərinə görə, söhbət Qırmızı dənizdəki iki ada - Tirana və Sanafira üzrə razılaşmadan gedir. Yaşayışsız olmalarına və ərazilərinin müvafiq olaraq cəmi 77 və 33 kvadrat kilometr olmasına baxmayaraq, bu adalar İsrailin liman şəhəri Eylatın yerləşdiyi Akaba körfəzinin girişinə nəzarət baxımından böyük strateji əhəmiyyətə malikdir.

 

“Axios”un iddiasına görə, Bayden komandası İsrail və Səudiyyə Ərəbistanını adalar üzrə razılığa gətirməyə çalışır ki, bu da ölkələr arasında diplomatik münasibətlərin qurulması yolunda maneə yaradır. Məlumata görə, Ər-Riyad öz hərbi qüvvələrini Tiran və Sanafirdə yerləşdirməkdən imtina etməyə və bütün ölkələr üçün bu ərazidə sərbəst naviqasiyanı təmin etməyə hazırdır, amma adalarda beynəlxalq müşahidəçilərin olmasına qarşıdır.

Öz növbəsində, İsrail öz gəmilərinin təhlükəsizliyini təmin etmək üçün alternativ tədbirlər görüləcəyi təqdirdə mübahisəli adalarda beynəlxalq qüvvələrin yerləşdirilməsində israr etməyəcəyini bildirib. Bundan əlavə, İsrail hökuməti ümid edir ki, Səudiyyə tərəfi digər məsələlərdə də bir sıra güzəştlərə gedəcək: xüsusilə, İsrail təyyarələrinin öz ərazisi üzərində uçmasına və İsraildən birbaşa uçuşlar açmasına icazə verəcək.

İddiaya görə, Bayden bu razılaşmanın iyunda planlaşdırılan Yaxın Şərq səfərindən əvvəl bağlanacağını gözləyir. Sənəd imzalansa, bu hadisə Ağ Ev üçün böyük uğur və son iki ildə regionda ən böyük sövdələşmə olacaq.

Mənbə: teleqraf.com