Erməni ekspert: “Qərb Cənubi Qafqazda dominantlıq əldə etməyə çalışır”

Erməni ekspert: “Qərb Cənubi Qafqazda dominantlıq əldə etməyə çalışır”<span class="qirmizi"></span>

 

Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin görüşü 5 saata yaxın davam edib. Avropa Şurasının Prezidenti Şarl Mişel bildirib ki, yaxın günlərdə Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində sərhəd komissiyalarının ilk birgə iclası gözlənilir.

Onun sözlərinə görə, tərəflər regional kommunikasiyaların blokadadan çıxarılması üzərində işi davam etdirmək barədə razılığa gəliblər.

Regional məsələlər üzrə erməni ekspert Armen Petrosyan deyib ki, bölgədə hətta münaqişə səviyyəsinə çatan Rusiya-Qərb rəqabəti var.

“Qərb Aİ vasitəsilə Cənubi Qafqazda dominantlıq əldə etməyə çalışır. Brüsseldəki görüşdən sonra verilən açıqlamadan aydın olur ki, Rusiyanın vasitəçiliyi ehtimalı zərərsizləşdirilib. Rusiya yeni görüş təşkil etməyə çalışacaq”, - deyə Petrosyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az