Prezident Məmmədov və Əhmədovu nazir müavini təyin etdi

Prezident İlham Əliyev Samir Məmmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, sərəncamda deyilir:

"Samir Qaçay oğlu Məmmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilsin".

Prezident İlham Əliyev digər sərəncamı ilə Fərid Əhmədov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

"Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilsin", - sərəncamda bildirilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Prezidentdən sərəncam: Cavid Qurbanov işdən çıxarıldı

SONRAKI XƏBƏR

Kreml Paşinyana çevriliş mesajı verdi