Prezident Cavid Qurbanovu nazir müavini təyin etdi

Prezident Cavid Qurbanovu   <span class="qirmizi">nazir müavini təyin etdi</span>

Prezident İlham Əliyev C.Q. Qurbanovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, sərəncamda qeyd olunur:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Cavid Qəmbər oğlu Qurbanov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Mənbə: axar.az