Henri Kissincer Rusiyanın müdafiəsinə qalxdı: "Bu cəhdlər dayandırılmalıdır"

Qərb Rusiyanı məğlub etmək cəhdlərini dayandırmalıdır. Müharibə Avropanın uzunmüddətli sabitliyi üçün fəlakətli nəticələr verəcək.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi, Soyuq Müharibə dövründə ABŞ-Çin yaxınlaşmasının memarı, Rusiya Elmlər Akademiyasının fəxri akademiki Henri Kissincer Davosdakı çıxışında deyib.

Onun sözlərinə görə, əgər Qərb Rusiyanın güc balansında layiqli yerini unudarsa, bu, Avropa üçün ölümcül olacaq: "Müharibənin uzun sürməsinə imkan vermək olmaz. Qarşıdakı iki ayda müharibə dayandırılmasa, fəlakət qaçılmaz olacaq. Qüvvələr əvvəlki mövqelərinə qayıdandan sonra müharibə Ukraynanın azadlığı uğrunda deyil, Rusiyaya qarşı davam edəcək. Rusiya 400 il ərzində Avropanın mühüm hissəsi olub və Avropada qüvvələr balansının təminatçısı olub. Avropa liderləri uzunmüddətli münasibətləri nəzərdən qaçırmamalı və Rusiyanı Çinlə daimi müttəfiqliyə sövq etmək riskinə düşməməlidir.

Ümid edirəm ki, ukraynalılar öz qəhrəmanlıqlarından ağılla istifadə edəcəklər. Ukraynanın düzgün yolu neytral bufer dövlət olmasıdır"

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Zibilə atılan ərzaqla dünyadakı aclar doyardı - VİDEO

SONRAKI XƏBƏR

Narkotacirlər məktəbə necə ayaq açıb? - ARAŞDIRMA