Moldovanın sabiq prezidentinin həbsinin görüntüləri yayıldı - VİDEO

 

Moldovanın sabiq prezidenti İqor Dodonun həbsinin görüntüləri yayılıb.

Keçmil dövlət başçısı Cinayət Məcəlləsinin dövlətə xəyanət də daxil olmaqla dörd maddəsi ilə açılmış cinayət işi çərçivəsində 72 saatlıq saxlanılıb.

Məlumata görə, İnformasiya və Təhlükəsizlik Xidmətinin əməkdaşları Korrupsiyaya Qarşı Mübarizə üzrə Prokurorluqla birlikdə Dodonun və qohumlarının evində axtarışlar aparıblar.

Axtarışlar zamanı Dodonun yaxınlarının evlərindən on minlərlə avro, eləcə də qanunsuz varlanmada şübhəli bilinən iqtisadiyyat nazirinin keçmiş müavini Vitali Yurkunun Dodona hədiyyə etdiyi şahmat tapılıb.

Qeyd edək ki, hazırda sabiq prezident, həmçinin “Passiv korrupsiya”, “Siyasi partiyanın kriminal təşkilat tərəfindən maliyyələşdirilməsi”, “Qanunsuz varlanma” maddələri üzrə də ittiham olunur.

 

Mənbə: lenta.ru

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

30 il sonra əfsanə geri qayıtdı: “Karvan” qrupunun möhtəşəm konserti baş tutdu - FOTO

SONRAKI XƏBƏR

Məktəb arzusunda olan şonqarlılar - VİDEO