"Rusların özlərinin Putinin terrorçu rejimindən müdafiəsinə ehtiyacı var..."

"Rusların özlərinin Putinin terrorçu rejimindən müdafiəsinə ehtiyacı var..."<span class="qirmizi"></span>

"Rusiya cəmiyyətinin problemi təkcə Putində deyil, həm də rus imperiyası şovinizmindədir"

 

"Azad Rusiyaya aparan yol Ukraynanın Rusiya təcavüzü üzərində, Rusiya cəmiyyətinin isə rus imperiyası şovinizmi ideologiyası üzərində qələbəsindən keçir".

 

Moderator.az xəbər verir ki, bu barədə "QORDON" internet nəşrində öz bloqunda rusiyalı iqtisadçı və siyasətçi, ictimai xadım, İqtisadi təhlil İnstitutunun prezidenti Andrey İllarionov yazıb.

 

Rus imperiyası şovinizmini müəllif aşağıdakı mülahizələrlə izah etməyə cəhd edib.

 

1. Ukrayna qoşunları Krımda olanda orada heç bir ciddi problem olmayıb. Məhz Rusiya qoşunları Krımda (Ukraynanın başqa ərazilərində, Gürcüstanda, Suriyada da həmçinin) peyda olanda, etnik kimliyindən asılı olmayaraq, işgəncələr, adam oğurluğu, zorlamalar, qətllər baş verib.

 

2. Rusiya hakimiyyətindən fərqli olaraq, Ukrayna hakimiyyəti heç vaxt o cümlədən etnik əlamətə görə deportasiyalar həyata keçirməyib.

 

3. Həm Krımda, həm Donbasda, həm də Ukraynanın başqa ərazilərində rusdilli əhalinin Ukrayna qoşunlarından müdafiəsinə ehtiyac yoxdur. Krımda, Donbasda və Ukraynanın başqa bölgələrində, həm də Rusiyanın özündə rusdilli əhalinin özlərinin başlıca düşmənindən - Putinin terrorçu rejimindən, onun qoşunlarından, xüsusi xidmət orqanlarından, təbliğatçılarından, müxtəlif köməkçilərindən müdafiəsinə ehtiyacı var.

 

4. "Rus dünyası" termini Putinizmin törəməsidir, Putinin şovinist ideologiyası və imperiya rejiminin ayrılmaz hissəsidir. Əsl putinçi üzdəniraq "rus dünyası"nın tərəfdarıdır. Üzdəniraq "rus dünyası"nın tərəfdarı isə həmişə putinçidir.

 

5. "Rus dünyasının müdafiəsi" termini rus nasizminin emblemi, tanıtım əlamətidir. Krımda, Donbasda, Ukraynanın başqa bölgələrində, Yer kürəsinin istənilən nöqtəsində "rus dünyasının müdafiəsi" rus imperiya şovinizmi olan putinizmin başlıca ideoloji təzahürüdür.

 

6. "Biz öz təsir dairəmizi genişləndirəcəyik" ifadəsini yalnız imperiyaçılar istifadə edir və biz bunu 2008 - ci ildə Putin Rusiyasının Gürcüstana hücumundan sonra müşahidə etməkdəyik.

 

7. Rus dilini kiməsə vermək və yaxud kimdənsə almaq mümkün deyil. Rus dilinin mülkiyyətçisi yoxdur və ola bilməz. Rus dilinin nə Kreml, nə Putin rejimi, nə Rusiya Elmlər Akademiyasının Rus dili İnistitutu, nə Rusiya sakinləri, nə Rusiya müxalifəti və, ümumiyyətlə, rus dilində danışanların heç birinin mülkiyyəti deyil. Bunu da yalnız totaritar düşüncə sahibləri iddia edir.

 

8. Putin tərəfindən aparılan növbəti cinayətkar müharibə və bu müharibəyə təkcə Kreml təbliğatı tərəfindən beynləri zəhərlənən Rusiya cəmiyyətinin deyil, həm də Rusiya müxalifətinin bəzi nümayəndələrinin münasibəti bir daha sübut edir ki, Rusiya cəmiyyətinin, - həm hakimiyyətin, həm də müxalifətin, - başlıca problemi təkcə şəxsən Putin deyil, təkcə Putinin terrorçu rejimi deyil, həm də milyonlarla Rusiya vətəndaşlarının şüurlarında kök salan rus imperiya şovinizmidir.

 

9. Bu gün etnik rusların, Rusiya vətəndaşının, özünü bəşər sivilizasiyasına aid edən istənilən şəxsin xilası Ukraynanın, Ukrayna cəmiyyətinin, Ukrayna dövlətinin, Ukrayna etnosunun, Ukraynanın bütün vətəndaşlarının Putinin terrorçu rejiminin təcavüzündən müdafiəsi, Ukrayna xalqına özünün qəhrəmanlıq mübarizəsində hərtərəfli yardım edilməsindədir.

 

10. Azad Rusiyaya aparan yol Ukraynanın Rusiya təcavüzü üzərində və Rusiya cəmiyyətinin rus imperiyası şovinizmi ideologiyası üzərində qələbəsindən keçir.

Mənbə: moderator.az