Blinkendən Navalnının həbsinə - Reaksiya

“Aleksey Navalnının müraciətinin rədd edilməsi Kremlin müxalifəti və vətəndaş cəmiyyətini sıxışdırmaq cəhdinin daha bir nümunəsidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu tviter hesabında ABŞ Dövlət katibi Entoni Blinken rusiyalı müxalifət lideri Aleksey Navalnının dələduzluq və məhkəməyə hörmətsizlik işi üzrə hökmdən verdiyi şikayətin rədd edilməsinə cavab olaraq yazıb. 

“Biz təhdidlərə, cinayət ittihamlarına, həbslərə və zəhərlənmələrə baxmayaraq, öz hökumətlərinin amansız müharibəsinə və endemik korrupsiyaya etiraz edən cəsur Rusiya vətəndaşlarına hörmət edirik”, - deyə Blinken qeyd edib. 
Qeyd edək ki, Moskva Şəhər Məhkəməsi Navalnının şikayətini rədd edərək onu 9 il azadlıqdan məhrum edib. Navalnı ciddi rejimli koloniyaya köçürülməlidir.

Vladimir vilayətində cəzaçəkmə müəssisəsində olan siyasətçi videobağlantı ilə məhkəmə prosesinə qoşulub. Navalnı Rusiya hakimiyyətini 2020-ci ilin avqustunda Noviçok zəhərindən istifadə edərək ona qarşı sui-qəsdi təşkil etməkdə ittiham edib. O, bugünkü çıxışında Rusiya hakimiyyətini “rus xalqının düşmənləri, satqınları və qatilləri” adlandırıb və Ukraynadakı müharibəni tənqid edib.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Xarici dövlətlərin hərbi attaşeləri Naxçıvana səfər ediblər

SONRAKI XƏBƏR

İspaniya Avropanın problmlərini həll edəcək?