Kanada Kiyevə 20 min NATO mərmisi verəcək

Kanada Kiyevə  20 min NATO mərmisi  verəcək<span class="qirmizi"></span>

Kanada Ukraynaya yeni hərbi yardım paketi kimi 20 min NATO ordusunda istifadə olunan artilleriya mərmisi verəcək. AzVision.az xəbər verir ki, bu barədə Kanadanın müdafiə naziri Anita Anand məlumat verib. - Mən təsdiq edə bilərəm ki, Kanada 20.000-dən çox NATO standartı olan 155 mm çaplı artilleriya mərmisi alıb, - o, mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Kiyevə təhvil veriləcək bu mərmilər Kanada və müttəfiqlərinin Ukraynaya təhvil verdiyi silahlar, o cümlədən M777 haubitsaları üçün uyğundur.

- Bu yardımın Ukraynaya mümkün qədər tez çatdırılması üçün artıq iş aparılır, - Anand qeyd edib.

Onun sözlərinə görə, Kanada ordusunun zabitləri eyni zamanda ukraynalı həmkarlarına artilleriya qurğuları ilə işləmək üzrə təlimlər keçir.

Tural Tağıyev

 

Mənbə: azvision.az