“Bu problem həll edilə bilər, amma Türkiyə...” - Finlandiyanın sabiq baş naziri

“Bu problem həll edilə bilər, amma Türkiyə...” - <span class="qirmizi">Finlandiyanın sabiq baş naziri</span>

Finlandiyanın keçmiş baş naziri və xarici işlər naziri Aleksandr Stubb Türkiyənin təhlükəsizlik problemlərinin həll edilməli olduğunu söyləyib.

Teleqraf.com xəbər verir ki, sabiq nazir bu barədə “Anadolu”ya müsahibəsində danışıb.

“Türkiyənin təhlükəsizliklə bağlı narahatlığı nəzərə alınmalıdır. Anladığım qədərilə bunlardan biri PKK, digəri isə silah embarqosu ilə bağlıdır, - deyən Stubb Türkiyənin “F-35”lərə olan son tələbinin birbaşa Finlandiya və İsveçlə əlaqəli olduğunu da bildirib.

Sabiq hökumət başçısı əlavə edib:

“İndi, mənim təcrübəmə görə, bu problemlər həll edilə bilər, lakin bu narahatlıqları aradan qaldırmaq üçün tədbirlər görülməlidir”.

Stubb İsveç və Finlandiyanın NATO-ya qəbul edilməsinin birliyə mühüm töhfə olacağını vurğulayıb:

“NATO-ya uyğun ölkələrik, amma Türkiyənin narahatlığı ciddi qəbul edilməlidir. Həll yolunun tapılacağına ümid edirəm”.

Finlandiyanın Türkiyənin Avropa Birliyinə (AB) üzvlük prosesini dəstəklədiyini xatırladan Stubb qeyd edib: “Türkiyə ilə Finlandiya arasındakı əlaqələr həmişə çox yaxşı olub”.

Mənbə: teleqraf.com