Le Figaro: "Bayden dünyada böyük bir qarşıdurma başlatdı"

Le Figaro:  "Bayden dünyada böyük bir qarşıdurma başlatdı"<span class="qirmizi"></span>

Fransanın "Le Figaro" qəzetinin analitiki Renaud Girard ABŞ prezidenti Co Bayden haqqında yazıb. O qeyd edib ki, Baydenin Tayvan bəyanatı "strateji qeyri-müəyyənliyə" son qoydu və böyük qarşıdurma dövrünü başlatdı. Müəllifin fikrincə, beynəlxalq münasibətlər gözlənilməz xarakter alır. Keçən il ABŞ Əfqanıstandan qaçdı, bundan sonra isə Avropa “strateji muxtariyyət”dən danışmağa başladı. Amma indi hər şey dəyişib.
Girard Baydenin Çinin hücuma keçəcəyi təqdirdə Tayvana hərbi dəstək verəcəyinə dair son vədinə diqqət çəkib.
- Beləliklə, demək olar ki, yarım əsrdir davam edən “strateji qeyri-müəyyənliyə” son qoyuldu, - nəşr yazıb.
Müəllif ABŞ-ın Ukraynaya görə Rusiya ilə döyüşməyəcəyini iddia edən Baydenin dekabr bəyanatını da xatırladıb. Lakin müharibə başlanan kimi o, Kiyevə silahların kütləvi şəkildə çatdırılmasına start verib.
Tural Tağıyev

 

 

Mənbə: azvision.az