BMT Təhlükəsizlik Şurası Talibanı qadın və qızların hüquqlarının pozulması siyasətindən əl çəkməyə çağırıb. AzVision.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının mətbuata yaydığı bəyanatında məlumat verilib. "Təhlükəsizlik Şurasının üzvləri Talibanı əfqan qadın və qızlarının hüquqlarını və əsas azadlıqlarını məhdudlaşdıran siyasətlərdən dərhal əl çəkməyə çağırıblar. Onlar həmçinin Talibanı bütün qız tələbələr üçün məktəblərin açılması ilə bağlı öhdəliklərini təxirə salmadan yerinə yetirməyə çağırıblar”, - sənəddə deyilir.
Təhlükəsizlik Şurası Taliban tərəfindən Əfqanıstanda qadınların və qızların hüquq və azadlıqlarının, o cümlədən təhsilə çıxışın, məşğulluğun, hərəkət azadlığının və onların ictimai həyatda iştirakının məhdudlaşdırılması hallarının sayının artması ilə bağlı dərin narahatlıq ifadə edib.