Çavuşoğlu vә Riyad әl-Maliki birgә mәtbuat konfransında çıxış ediblәr

Çavuşoğlu vә Riyad әl-Maliki birgә mәtbuat konfransında çıxış ediblәr<span class="qirmizi"></span>

Türkiyәnin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə müstəqil və suveren dövlətә sahib olmaq üçün apardığı mübarizədə fələstinli qardaşlarının yanında olmağa davam edəcək. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyәnin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə müstəqil və suveren dövlətә sahib olmaq üçün apardığı mübarizədə fələstinli qardaşlarının yanında olmağa davam edəcək. Çavuşoğlu Fələstinə səfəri zamanı həmkarı Riyad əl-Maliki ilə ikitərəfli əlaqələrin güclәndirilmәsi üçün atılacaq addımları müzakirə edib. Çavuşoğlu işğal altındakı İordan çayının qәrb sahilinin Ramallah şəhərində Fələstin xarici işlər naziri Maliki ilә tәkbәtәk görüş keçirib. Tәrәflәr daha sonra heyәtlәr arasında baş tutan görüşә sәdrlik ediblәr.

Tәşkil edilәn birgә mәtbuat konfransında çıxış edәn Mövlud Çavuşoğlu baş tutan görüşlәrdә Fələstin dövlət qurumlarının və iqtisadiyyatının gücləndirilmәsi üçün atıla bilәcәk addımları müzakirə etdiklərini vә әmәkdaşlığa dair 10 müqavilə imzaladıqlarını bildirib.

Türkiyənin Fələstin məsələsinə verdiyi önəmin hər kəs tərəfindən bilindiyini vurğulayan Çavuşoğlu deyib: ‘‘Türkiyə müstəqil və suveren dövlətә sahib olmaq üçün apardığı mübarizədə fələstinli qardaşlarının yanında olmağa davam edəcək.

Çavuşoğlu qəbul edilmiş beynəlxalq parametrlər əsasında paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulmasının vacib olduğunu vurğuladı.

"Ona görə də heç kim iki dövlətli həll yolundan uzaqlaşmamalıdır. Fələstin problemi ancaq bu yolla həll edilə bilər. Türkiyə olaraq biz də üzərimizә düşəni etməyə davam edəcəyik",-deyә Türkiyәnin xarici işlәr naziri vurğulayıb.

Mövlud Çavuşoğlu Fələstin rəhbərliyi ilə koordinasiyanı davam etdirәcәklәrini ifadә edib.

Mənbə: sia.az