NATO-nun baş katibi: “Finlandiya və İsveçi alyansa qəbul edərkən Türkiyənin narahatlığı nəzərə alınmalıdır”

Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olması prosesini əngəlləyir. Lakin NATO-nun baş katibi Yens Stoltenberqin fikrincə, Ankaranın arqumentləri və narahatlıqları nəzərə alınmalıdır.

O, bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib.

“Mən şənbə günü Ərdoğanla danışdım. Türkiyə terrorizm və təhlükəsizlik məsələləri ilə bağlı narahatlığını ifadə edib. Əminəm ki, Finlandiya və İsveçi öz ittifaqımıza qəbul etmək üçün keçmişdə dəfələrlə olduğu kimi, indi də bütün problemləri həll edəcəyik. Onların üzvlüyü Baltikyanı ölkələrin təhlükəsizliyi üçün çox əhəmiyyətli olacaq. Amma Türkiyənin narahatlığını aradan qaldırmağın zəruriliyini də qəbul edirəm. Nəticədə Türkiyə İŞİD-ə qarşı mübarizə aparmalı olduğu Yaxın Şərqlə həmsərhəddir. Şimalda isə onun Qara dənizdəki qonşusu aqressiv Rusiyadır”, - deyə Stoltenberq vurğulayıb.

Mayın 16-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına razı olmayacaq.

Ərdoğan İsveç və Finlandiyanı terrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvlərini və Türkiyənin 2016-cı ildə dövlət çevrilişi cəhdini təşkil etməkdə ittiham etdiyi, ABŞ-da yaşayan din xadimi Fətullah Gülənin tərəfdarlarını gizlətməkdə ittiham edib.

Mənbə: zn.ua

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Ukraynanın aldığı mərmilərin pulunu Kanada verdi

SONRAKI XƏBƏR

"Survivor All Star"ın final tarixi bəlli oldu