Ağ Evin keçmiş mətbuat katibi teleaparıcı olacaq

Ağ Evin keçmiş mətbuat katibi teleaparıcı olacaq<span class="qirmizi"></span>

 

Bu yaxınlarda Ağ Evin mətbuat katibi vəzifəsindən istefa verən Cen Psaki payızdan etibarən MSNBC telekanalına qoşulacaq. O, hazırda işlənmə mərhələsində olan yeni şouya aparıcılıq edəcək.

Psakinin şousunun 2023-cü ilin birinci rübündə təqdim ediləcəyi və siyasətlə bağlı olacağı bildirilir.

Qeyd edək ki, Ağ Evin keçmiş mətbuat katibinin artıq televiziya təcrübəsi var. O, 2017-2020-ci illərdə CNN-də siyasi ekspert olub.

Mənbə: www.oxu.az