Ərdoğanın Bakıya səfər tarixi bəlli oldu

Ərdoğanın Bakıya səfər tarixi bəlli oldu<span class="qirmizi"></span>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər edəcəyi tarix məlum olub. AzVision.az xəbər verir ki, Türkiyə lideri şənbə günü (28 - May) Azərbaycanda səfərdə olacaq. O, Bakıda baş tutacaq “Teknofest-2022” festivalında müsabiqə qaliblərinin mükafatlandırılması mərasiminə qatılacaq.

Mərasimdə həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin "Nobel" mükafatçısı Əziz Sancar da iştirak edəcək.

 

Mənbə: azvision.az