Rus ordusu bağça, kilsə və yaşayış yerlərini vurdu

Rus ordusu bağça, kilsə və yaşayış yerlərini vurdu<span class="qirmizi"></span>

Ukraynanın Dnepropetrovsk vilayətində Rusiyanın zərbələri nəticəsində uşaq bağçası, kilsə və yaşayış məntəqələrinə ziyan dəyib.

Axar.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının sədri Valentin Rezniçenko məlumat verib.

Onun sözlərinə görə, ruslar gün ərzində bir neçə dəfə Krivoy Roq bölgəsini atəşə tutub.

Mənbə: axar.az