Zelenski ruslar üçün viza ideyasını dəstəkləyib

Zelenski ruslar üçün viza ideyasını dəstəkləyib<span class="qirmizi"></span>

Ukrayna prezidenti Vladimir Zelenski ruslar üçün viza rejiminin tətbiqini tələb edən vətəndaşların petisiyasını dəstəkləyib və hökumətə bu məsələ üzərində işləməyi tapşırıb. Bu barədə TASS məlumat yayıb. Siyasətçinin müraciəti onun rəsmi saytında yerləşdirilib. O izah edib ki, hərbi əməliyyatlar şəraitində sərhəddə nəzarətin gücləndirilməsi ideyasını düzgün hesab edir.

Ölkənin baş naziri Denis Şmıqal bununla bağlı müvafiq müddəaları hazırlayacaq.

Şahanə Rəhimli
 

Mənbə: azvision.az