"Bizə şərq və cənubu Rusiyaya vermək təklif olunur" - Podolyak

"Bizə şərq və cənubu Rusiyaya vermək təklif olunur" -  Podolyak<span class="qirmizi"></span>

"Aİ ölkələri Ukraynaya atəşkəs və münaqişənin dayandırılması üçün ərazilərin bir hissəsini Rusiyaya təhvil verməyi təklif edir". Bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail PodolyakTeleqram kanalında bildirib.
"Biz köhnə, müharibədən əvvəlki həyat tərzini qaytarmaq istəyirik. Bəzi kompromislərlə razılaşın" - Qərbin bəzi baxışlarında bunları oxuya bilərsiniz" - deyə Podolyak bildirib.

O, Ukraynanın bu müzakirədə iştirak etməyəcəyini və vətəndaşlar, ərazilər və ya suverenliklə ticarət etməyəcəyini vurğulayıb. “Bu gün bizə şərq və cənubu Rusiyaya vermək təklif olunur. Məsləhət üçün təşəkkürlər, amma bəlkə də silah yardımını qəbul edəcəyik”.

Podolyakın fikrincə, münaqişənin dondurulmasından söhbət gedə bilməz. Müşavir izah edib ki, tərəflər danışıqlara hazır olduqda danışıqlar mümkün olacaq və bunun üçün Rusiya vəziyyəti ayıq şəkildə qiymətləndirməyə başlamalıdır.

Şahanə Rəhimli

 

Mənbə: azvision.az